Mərmi partlayışı nəticəsində 5 uşaq HƏLAK OLDUbackend

Mərmi partlayışı nəticəsində 5 uşaq HƏLAK OLDU

Əfqanıstanın Saydabad rayonunda hərbi sursatın partlaması nəticəsində beş uşaq ölüb, ikisi yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Pajhvok” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ölən və yaralananların yaşı 12-dən çox deyil.

Yaralılar Kabildəki xəstəxanaya aparılıb.

UNICEF-in məlumatına görə, 2022-ci ildə Əfqanıstanda 700-dən çox uşaq hərbi sursatların partlayışı nəticəsində həlak və ya şikəst olub. Əfqan uşaqlar tez-tez döyüş sursatı ilə oynayarkən və ya metal qırıntılarını yığarkən ölürlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*