Avropa Komissiyasının 2028-2034-cü illər üçün təklif etdiyi çoxillik büdcə planı maliyyə baxımından qəbuledilməzdir və bütün istiqamətlər üzrə azaldılmalıdır.
KONKRET.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə birgə mətbuat konfransında bildirib.
“Avropa Komissiyasının təklifləri çoxillik maliyyə planının əvvəlki dövrlə müqayisədə 60 faiz artırılmasını nəzərdə tutur. Bütün üzv dövlətlərin büdcəyə qənaət etdiyi bir dövrdə bu, sadəcə olaraq, qəbuledilməzdir”, – Merz deyib.
Almaniya kanslerinin sözlərinə görə, təklif olunan xərclər bütün maliyyə dövrü üzrə bir neçə yüz milyard avro azaldılmalıdır.
“Bununla əlaqədar təklifləri bütün maliyyə dövrü ərzində bir neçə yüz milyard avro azaltmalıyıq. Bu ixtisarlar bütün sahələri əhatə etməlidir”, – o vurğulayıb.
