Samur-Abşeron kanalının Xızı rayonundan keçən hissəsində kişi meyiti tapılıb.
KONKRET.az xəbər verir ki, meyitin ötən ay itkin düşən Siyəzən şəhər sakini Mahmud Kamal oğlu Məlikovaaid olduğu müəyyən edilib.
Xatırladaq ki, 23 yaşlı Mahmud Məlikov sentyabrın 7-də saat 13 radələrində məsciddə namaz qılmaq adı ilə evdən çıxıb. Ailəsi həmin vaxtdan sonra ondan xəbər ala bilməyib.//Qafqazinfo