Çilinin mərkəzi və cənubunda güclü meşə yanğınları nəticəsində ən azı 13 nəfər ölüb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə təbii fəlakətlərlə mübarizə xidməti məlumat yayıb.
Bildirilib ki, baş verən yanğınlar nəticəsində 11-i Santa-Xuan şəhərində olmaqla ümumilikdə 13 nəfər həlak olub.
Bundan əlavə, yanğının söndürülməsinə cəlb olunan helikopterin qəzaya uğraması nəticəsində Boliviya vətəndaşı olan pilot və Çili vətəndaşı olan mexanik həlak olub.
Məlumata görə, 204 yanğın hadisəsi qeydə alınıb, onlardan 56-sı nəzarətə götürülüb.
Yanğından zərərçəkmiş rayonlarda əhalinin təxliyəsi elan edilib.
Qeyd edək ki, yanğınlarla əlaqədar Bio-Bio və Nubla bölgələrində fövqəladə vəziyyət elan edilib.
İqbal Rzayev,
KONKRET.az
