Məşhur aktyor özündən 8 yaş böyük qadınla EŞQ YAŞAYIR – FOTObackend

Məşhur aktyor özündən 8 yaş böyük qadınla EŞQ YAŞAYIR - FOTO

“Maraşlı” serialı ilə ekranlara geri qayıdan məşhur aktyor Burak Dəniz özündən 8 yaş böyük sevgilisi Didem Soydanla münasibətlərindən söz açıb.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bufetdən sendviç alarkən görüntülənən aktyor sevgilisi ilə pandemiya üzündən küçəyə çox çıxmadığını deyib:

“Gizli heç nəyimiz yoxdu. Pandemiyadan dolayı məhdudiyyətlər var, odur ki, çox yerə gedə bilmirik”.

Yeni layihəsindən də danışan kino ulduzu serialın uğur qazanacağına ümid etdiyini bildirib:

“Serialı izləyənlər onu çox sevdi. Çox yaxşı qarşılanır, gözəl komandamız var. Gözəl rəylər yazılanda mən də yaxşı oluram”.

Qeyd edək ki, Burak Dəniz 29, Didem Soydam isə 37 yaşındadır. (publika.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*