Məşhur aktyor vəfat etdi – FOTObackend

Məşhur aktyor vəfat etdi - FOTO

“Sopranolar klanı” serialında canlandırdığı Salvatore Bonpensiero obrazı ilə tanınan amerikalı aktyor Vinsent Pastore 80 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Məlumata görə, aktyor avqustun 1-də qızı Rene ilə birgə yaşadığı Bronksdakı evində ölü tapılıb.

Bildirilir ki, Pastore bir neçə gün idi yaxınları ilə əlaqə saxlamırdı. Onun meyitini dostu və qonşusu Stiven Villano aşkarlayıb.

Aktyorun ölüm səbəbi hələlik açıqlanmayıb. Onun ölüm səbəbləri hazırda araşdırılır və istintaq davam edir.

Faktla bağlı araşdırma aparılır.

Vinsent Pastore “Sopranolar klanı” ilə yanaşı, “Yaxşı uşaqlar” (*Goodfellas*), “Oyanış” (*Awakenings*), “Karlitonun yolu” (*Carlito’s Way*) və “Revolver” filmlərində rol alıb, həmçinin müxtəlif televiziya layihələrində iştirak edib.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*