Aprelin 6-da saat iki radələrində naməlum şəxslər məşhur futbolçu Lionel Messinin Barselonadakı evini qarət etməyə cəhd edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qara geyimli iki nəfər futbolçunun evinin bağçasına daxil olaraq binaya girmək istəsələr də, buna nail ola bilməyiblər.
Barselona polisi hüquq-mühafizə orqanlarının əməkdaşları gələnə qədər qaçmağı bacaran cinayətkarları axtarır.
Qeyd edək ki, bu, Messinin həyatında ilk dəfə deyil. Bir neçə ay əvvəl iki maskalı şəxs Parisdə futbolçunun qaldığı otel otağını soymağa cəhd etmişdi.
İqbal Rzayev,
KONKRET.az
