Messinin Səudiyyə Ərəbistanına transferində maneə yarandıbackend

Messinin Səudiyyə Ərəbistanına transferində maneə yarandı

Lionel Messinin Səudiyyə Ərəbistanına transferində maneə yaranıb.

KONKRET.az xəbər verir ki, PSJ-nin hücumçusunun həyat yoldaşı Antonella Rokuzzo futbolçunun “Əl-Hilal”a keçməsini istəmir.

Avropa qitəsində qalmağa üstünlük verən xanım Rokuzzo üç azyaşlı oğlu ilə Ərəbistan yarımadasına getməyin əleyhinədir.

Ərəblərin 3 illik müqavilə qarşılığında 1 milyard avro təklifini düşünən 35 yaşlı argentinalı superulduz ailəsini bu transferə razı salmağa çalışır.

Hazırda keçmiş komandası “Barselona”ya geri qayıtmaq şansı da olan forvard hələlik “Əl-Hilal”ın təklifinə cavab verməyə tələsmir.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*