Mətbuat katibi Baydenin adından səhvən yazı DƏRC ETDİ – FOTObackend

Mətbuat katibi Baydenin adından səhvən yazı DƏRC ETDİ - FOTO

Ağ Evin mətbuat katibi Karin JanPyer səhvən özünün “X”səhifəsində ABŞ Prezidenti Co Baydenin adından yazı dərc edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, o, səhvini gec görüb və yazı yarım saat sonra silinib.

Karin Jan-Pyer

“Amerikaya sərmayə qoymaq bütün ölkəyə investisiya qoymaq deməkdir. Prezidentliyə namizədliyimi irəli sürərkən söz vermişdim ki, ölkənin heç bir bölgəsini diqqətsiz qoymayacağam”, – mesajda deyilir.

Qeyd edək ki, bu zaman Baydenin rəsmi səhifəsi ABŞ-da külək enerjisi üçün üç milyard dollar məbləğində investisiyalardan bəhs edən bir bəyanat dərc edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*