Metronun iş rejimi dəyişəcək – Səbəbbackend

Metronun iş rejimi dəyişəcək – Səbəb

Bu gün saat 20:00-da “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasında “Tvente”yə (Niderland) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq pley-off oyunu ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimi dəyişdiriləcək.

KONKRET.az bildirir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.

Məlumata görə, “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər görüləcək.

Gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkəti davam etdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*