Türkiyə Böyük Millət Məclisində (TBMM) qadın cinayətləri ilə bağlı qanun layihələri müzakirə olunub.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, parlament aprelin 12-də saat 13:00-dan dünən saat 04:30-a qədər işləyib.
Bu müzakirələrə gecə saatlarında MHP lideri Dövlət Bağçalı da qoşulub. Millət vəkilləri koronavirus səbəbilə maskadan istifadə ediblər.
Uzun müddət davam edən müzakirələrdə bəzi deputatlar yorğunluqdan yuxuya gediblər.


