Milli Məclisin dünən buraxılan Aparatı tam yeni tərkibdə formalaşacaq.
KONKRET.az xəbər verir ki, bununla bağlı Milli Məclis rəhbərliyi seçim mərhələsinə başlayıb.
Bu prosesdə əsas istiqamətlərdən biri də Milli Məclisin mətbuat xidmətinin dəyişdirilməsidir. Məlumata görə, yeni tərkibdə xidmətə rəhbərlik etmiş Akif Təvəkküloğlu olmayacaq.
Parlament rəhbərliyi Mətbuat Xidmətinə rəhbərlik edə bilən uğurlu kadr axtarışındadır. Xəbərə görə, hələlik bir neçə namizəd var və onlar arasında seçim edilir.
1962-ci il təvəllüdlü A.Təvəkküloğlu 2006-cı ildən Milli Məclisin mətbuat katibidir.
BakuPost

Akif Təvəkküloğlu, fikrimcə, istedadlı və bacarıqlı jurnalistlərdəndir. Onunla şəxsən tanışlığım və heç bir sosial əlaqəm yoxdur. Neçə illərdir bu sahədə işləyir, təcürbəlidir. Onun bu illər boyu fəaliyyəti ciddi şəkildə yoxlanılsın. Əgər elə bir qüsuru yoxdursa, onu saxlayıb, təcrübəsindən istifadə etmək olar… Hər kiçik şeydən ötəri fərli,praktik kadrların üzərindən xətt çəkmək olmaz!!