Milli Məclisin iclası başladı – Maliyyə naziri də iştirak edir – YENİLƏNİBbackend

Milli Məclisin iclası başladı - Maliyyə naziri də iştirak edir - YENİLƏNİB

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb.

KONKRET.az xəbər verir ki, spiker Sahibə Qafarova sessiyanı açıq elan edib.

Daha sonra Azərbaycanın Dövlət himni səsləndirilib.

Toplantıda Maliyyə naziri Samir Şərifov da iştirak edir.

***

 09:20
Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək.

KONKRET.az-ın məlumatına görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

2. ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

4. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*