Millimiz Macarıstanla bərabərə qaldıbackend

Millimiz Macarıstanla bərabərə qaldı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda ilk oyununu keçirib.

KONKRET.az xəbər verir ki, millimiz Macarıstanın Szeged şəhərindəki “Szent Gellert Forum” stadionunda Macarıstan yığması ilə qarşılaşıb.

Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın bərabərlik qolunu 74-cü dəqiqədə Sevinc Cəfərzadə vurub.

Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə növbəti oyununu aprelin 9-da, saat 16:00-da “Dalğa Arena”da İsveçrə yığmasına qarşı keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*