Millimiz “Qalatasaray”a qalib gəldibackend

Millimiz “Qalatasaray”a qalib gəldi

İstanbulda təlim-məşq toplanışında olan 16 yaşadək qız basketbolçulardan ibarət yığmamız növbəti yoxlama oyunlarını keçirib.

KONKRET.az Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, baş məşqçi Evren Alkayanın rəhbərlik etdiyi millimiz güclü rəqibi İstanbul çempionu “Qalatasaray” klubunun qızlardan ibarət U-16 komandasına qarşı oyundan 72:58 hesablı qələbə ilə ayrılıb.

Qızlarımız müvafiq olaraq “İstanbul Asya” komandasına 88:66, “İstanbul Panterləri”nə isə 62:36 hesabları ilə qalib gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*