Millimiz qələbəni əldən verdibackend

Millimiz qələbəni əldən verdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə Şimali Makedoniyaya məğlub olub.

KONKRET.az xəbər verir ki, Bakıda keçirilən matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 49-cu dəqiqədə Sənan Ağalarov açıb. Lakin Marko Stoyilevskinin 77, Hacika Canovskinin isə 85-ci dəqiqədə vurduğu qol Şimali Makedoniyaya qalibiyyət gətirib.

Qeyd edək ki, bu komandalar arasında martın 24-də keçirilən ilk yoxlama görüşü qolsuz bərabərliklə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*