Mina partlayışı ilə əlaqədar cinayət işi açıldıbackend

Mina partlayışı ilə əlaqədar cinayət işi açıldı

Tərtərdə mina partlayışı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə KONKRET.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Aprelin 28-i Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*