Mindən çox konteyneri daşıyan gəmi BATDIbackend

Mindən çox konteyneri daşıyan gəmi BATDI

Palau bayraqlı “Angel” yük gəmisi Tayvanın ən böyük limanlarından biri olan Qaosyun yaxınlığında batıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda mindən çox yük konteyneri suda sürüklənir və limanda gəmilərin hərəkətinə mane olur.

Qeyd olunub ki, gəmidəki sızma cümə axşamı sahildən 5 km aralıda olarkən aşkar edilib.

Ekipaj bir neçə saat ərzində gəminin batmaması üçün mübarizə aparsa da, su axmağa davam edib. Daha sonra Sahil Mühafizəsi 19 ekipaj üzvünü təxliyə edib, onlardan biri yaralanıb.

Məlumata görə, gəminin göyərtəsində 1349 boş yük konteyneri olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*