Mingəçevirdə meyiti aşkarlanan şəxsin kimliyi məlum olubbackend

Mingəçevirdə meyiti aşkarlanan şəxsin kimliyi məlum olub

Mingəçevirdə meyiti aşkarlanan şəxsin şəxsiyyəti müəyyən edilib.

KONKRET.AZ Apa-ya istinadən xəbər verir ki, ölən şəxs 1968-ci il təvəllüdlü Asif Hüseynovdur.

****

21:54

Mingəçevir şəhərinin “Energetik” yaşayış massivində, fərdi təsərrüfatlardan birində kişi meyiti tapılıb.

İlkin baxış zamanı onun 1968-ci il təvəllüdlü soyadı tam dəqiqləşdirilməmiş Asif adlı şəhər sakini olduğu müəyyən edilib.

Bəlli olub ki, meyiti aşkar edilən şəxs bir neçə gün öncə naməlum şəraitdə dünyasını dəyişib.

Məlumata görə, ailəsindən boşanan bu şəxs son zamanlar tüfeyli həyat sürüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*