Bu gündən 2026/2027-ci tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsinə start verilir.
KONKRET.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, imtahanlar iyulun 14-dən 18-dək ölkənin 19 şəhərində fəaliyyət göstərən 38 imtahan mərkəzində təşkil olunacaq.
Namizədlər imtahanın keçiriləcəyi tarix, saat və ünvan barədə məlumatı əvvəlcədən şəxsi kabinetləri vasitəsilə əldə ediblər.
Test mərhələsində iştirakçıların ixtisas bilikləri, tədris metodikası və pedaqoji yanaşmalar üzrə hazırlıq səviyyəsi qiymətləndiriləcək.
Müsabiqənin növbəti mərhələsində iştirak hüququ isə test imtahanında müəyyən olunmuş keçid balını toplayan namizədlərə veriləcək.
