Mirzoyanla Toivo Klaar sülh sazişini müzakirə etdilərbackend

Mirzoyanla Toivo Klaar sülh sazişini müzakirə etdilər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Mirzoyanla Klaar Aİ missiyasının Ermənistan sərhədindəki fəaliyyətini müzakirə ediblər.

Görüş zamanı həmsöhbətlər regional təhlükəsizlik və sabitlik problemlərini nəzərdən keçirib, İrəvan və Bakı arasında sülh müqaviləsinin hazırlanması ətrafında fikir mübadiləsi aparıblar.

Bu kontekstdə, həmçinin regional nəqliyyat infrastrukturunun blokdan çıxarılması, sərhədlərin təhlükəsizliyi və delimitasiyası üzrə komissiyaların işi barədə fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*