Vaxtilə SSRİ-nin səhiyyə naziri olmuş E.İ.Çazovun “Sağlamlıq və güc.“Kreml həkimi”nin xatirələri” adlı kitabından maraqlı bir hissə paylaşılıb.
KONKRET.az xəbər verir ki, HƏMAS-ın İsrailə hücumu ilə üst-üstə düşən bu xatirələr birinci ərəb-İsrail müharibəsinin əsas siması olmuş Misir prezidenti Camal Abdul Nasirlə bağlıdır. Sən demə, Misir prezidenti Camal Abdul Nasir çox məxfi şəkildə SSRİ-də müalicə olunmağa gəlmişdi.
Həmin xatirədən bir hissəsini təqdim edirik:
“Misir prezidenti Camal Abdul Nasir 1968-ci ildən SSRİ Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin xəstəsi olub. Sonra rus həkimləri ona ayaqların damarlarının aterosklerozu diaqnozu qoyublar. Ona müalicə üçün Çxaltubonun (Gürcüstan) şəfalı suları təklif edilib.
Lakin Misir prezidentini yerləşdirmək üçün komfortlu bir yer müəyyən edilməyib. Çxaltubo ərazisindəki dövlət iqamətgahlarının hamısı demək olar ki, bərbad vəziyyətdə olub. Sanatoriyalardakı lüks otaqlar isə yararsız, təmirsiz və səliqəsizliyə ilə Misirin dövlət başçısına layiq görülməyib.
Gürcüstan Kommunist Partiyasının Mərkəzi Komitəsi nəhayət çıxış yolu təklif edib: Gürcüstan Nazirlər Sovetinin sanatoriyasının binası fəxri qonaq üçün tamamilə boşaldılıb.
Xruşşov, Adjubey, Nasir
Misirdən gələn dövlət nümayəndəsi sanatoriyanın şəraitindən öz narazılığını bildirib. Çünki Misir rəhbəri üçün çox darıxdırıcı məkan seçilmişdi.
“Ancaq başqa heç nə təklif edə bilmərik”, – deyə 4-cü idarənin rəhbəri Yevgeni Çazov cavab vermişdi. O, deyə bilməzdi ki, Xruşşovun “imtiyazlara qarşı mübarizəsi” Stalinin iqamətgahlarını acınacaqlı vəziyyətə salıb. Əsaslı təmir isə çox vaxt aparacaqdı.
Misirlilər çar-naçar qalıb razılaşmışdılar.
Mikoyan – Naser – Brejnev – Kosıgin
Burada qeyd edək ki, birinci ərəb-İsrail müharibəsi bir il əvvəl başa çatmışdı. Dünya 2-ci Ərəb-İsrail müharibəsini gözləyirdi. Təbii ki, ərəb dünyasının o zamankı lideri Camal Nasirin sağlamlıq vəziyyəti çox insanı maraqlandırırdı. Buna görə də Misir prezidentinin səfəri yüksək məxfilik şəraitində baş tutmuşdu”.
Hazırladı: Natiq Səlim,
KONKRET.az
