Saat 12:17-ə qədər bütün cəbhə boyu şiddətli döyüşlər gedib. Daha sonra şiddətli döyüşləri sükut əvəz etdi. Pessimist düşüncə, əsəb, stress. Bakıdan gələn hər zəng sinirləri daha da gərir. Niyə dayandı, necə olacaq sualları saysız, hesabsız.
Qarabağ müharibəsini araşdıran biri kimi deyirəm ki, bütün itirdiyimiz torpaqlar, atəşkəsdən sonra olub. Keçmiş döyüşçülər də bu faktı təsdiq edəcək. Hər atəşkəs ermənilər üçün bir fürsət olub. Bu gün də onu etməyə cəhd etdilər. Füzuli, Cəbrayıl və Hadrud istiqamətində əks hücum etdilər. Yəni atəşkəs sözünə arxayın olmaq intihara bərabərdir.
Bir neçə dəqiqə əvvəl Ağdam istiqamətinə düşmən artilleriyası zərbələr endirdi. Qarşılığı da oldu. Dünən gecəki razılaşma faktiki olaraq pozulub.
Diqqətimi çəkən bir məqam da o oldu ki, qrad və top səslərindən sonra mısmırığını sallayan adamların üzünə ümid gəldi.
Hazırda Ağdam istiqamətində atəş kəsməyib.
Səxavət Məmməd,
Dominant.az

nə olsun 30 ildir zatən erməni atırdı biz də əmr gəlsə cavab verirdik yoxsa tısıb otururduq yenə o vəziyyətə qayıtdıq igid oğullarımız şəhid oldu sən ki qorxursan pışikdən niyə cıxırsan deşikdən 30 ildə Suqovuşan nağıllarına qulaq asaq 4 ildir Cocuq Mərcanlı nağılları eşidirik bu atəşkəs deyil bunun bir adı var xəyanət