Mixael Şumaxerin vəziyyəti ağırdırbackend

Mixael Şumaxerin vəziyyəti ağırdır

Formula-1 üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin son durumu açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Deyli Meil məlumat yayıb.

Onun vəziyyətinin çox ağır olduğu bildirilib.

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*