Mixail Saakaşvili siyasətdən və öz partiyasından GEDİRbackend

Mixail Saakaşvili siyasətdənöz partiyasından GEDİR

Mixail Saakaşvili siyasətdən gedir və özünün yaratdığı Vahid Milli Hərəkat partiyasını tərk edir.

KONKRET.az xəbər verir ki, bu barədə eks-prezidentin vəkili Valeri Gelbaxiani deyib.

“Siyasətdən getməsinin səbəbi onun həyatını qorumaq və xilas etməkdir. Bunun əsasında bütün suallara son qoyulub. İndi söhbət onun həyatından gedir, siyasətdən yox. Ölüm-qalım məsələsidir”, – deyə Gelbaxiani bildirib.

Qeyd edək ki, hazırda Saakaşvili səhhəti pisləşdiyi üçün mayın 12-də köçürüldüyü “Vivamed” özəl klinikasında müalicəsini davam etdirir. Gürcüstanın eks-prezidenti 2021-ci il oktyabrın 1-də ona qiyabi olaraq verilən iki hökm əsasında saxlanılıb. O, altı il həbs cəzası alıb. Daha 3 iş icraatdadır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*