Mixeil Saakaşvili klinikaya köçürülə bilərbackend

Mixeil Saakaşvili klinikaya köçürülə bilər

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili saxlanıldığı həbsxanadan Tbilisidəki özəl klinikalardan birinə köçürülə bilər.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze keçirdiyi brifinqdə bildirib.

Nazir qeyd edib ki, M.Saakaşvilinin sağlamlıq durumunun ağırlaşmasının qarşısını almaq üçün onun xəstəxanaya köçürülməsi təklif olunur: “Məhbus Saakaşvili özəl klinikada müayinədən keçirilə və lazım gələcəyi halda müalicə də ala biləcək”.

Qeyd edək ki, M.Saakaşvilinin sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilir. Yaxınları siyasətçinin müalicə üçün xaricə göndərilməsini tələb edirlər.

Xatırladaq ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. O, hazırda Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*