MKİ direktoru: “ABŞ Priqojinin üsyanı barədə əvvəlcədən məlumatlı olub”backend

MKİ direktoru: "ABŞ Priqojinin üsyanı barədə əvvəlcədən məlumatlı olub"

“ABŞ Priqojinin gözlənilən üsyanı barədə əvvəlcədən məlumatlı olub”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Aspen İnstitutunun təşkil etdiyi təhlükəsizlik forumunda deyib.

O, bununla bağlı heç bir təfərrüat açıqlamayıb.

“Bayden bunu əvvəlcədən bildiyimizi deyəndə lakonik şəkildə ifadə etdi. Daha ətraflı məlumat verməyəcəyəm”, – deyə MKİ direktoru bildirib.

Xatırladaq ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Prezident Vladimir Putin xalqa müraciəti zamanı “Vaqner” rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. “Vaqner” döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün “Vaqner”in geri çəkiləcəyini bildirib. Rəsmi məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hökuməti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*