Türkiyəli professor Mustafa Gerek: “Cib telefonları uşaqlara böyüklərdən 2 dəfə çox zərər verir”
“12 yaşından balaca olan uşaqlara cib telefonu, tablet kimi cihazları vermək lazım deyil”
Musavat.com habertürk-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Tibb Elmləri Universitetinin rektor köməkçisi Professor doktor Mustafa Gerek deyib. O, bildirib ki, xüsusən də bu yaşda olan uşaqlara qulaqcıqdan istifadə edilməsinə icazə vermək olduqca təhlükəlidir.
“Ailələrin uşaqları sakitləşdirmək, susdurmaq və ya başlarını qatmaq üçün onlara cib telefonu verərək, əslində çox böyük zərər verirlər” – deyə, professor bildirib.
Texnologiyanın inkişafının verdiyi asanlıqların özü ilə birlikdə sağlıq problemləri də gətirdiyini bildirən professor qeyd edib ki, uşaqları bu təhlükədən qorumağın yolunu valideynlərin qətiyyətli olmağındadır.

Mustafa Gerek
Mütəmadi şəkildə cib telefonundan istifadə edən uşaqlarda onurğa, skelet sistemi, göz və qulaq ağrılarına qədər bir çox xəstəliklər yaranır. Professor Mustafa Gerek, “uzun müddət bu cihazlardan istifadə edən uşaqlarda və xüsusilə də oyun oynamaq, film izləmək kimi səbəblərlə cib telefonunundan istifadə edənlərdə qamət pozuqluğu, kürək, boyun və bel ağrıları, görmə və eşitmə ilə bağlı problemlər ortaya çıxır” – deyə, o bildirib.

Qulaqcıqlardan istifadə qulaq xəstəliklərinə səbəb olur
Professor bundan başqa bildirib ki, telefon və ya tabletləri qulaqcıqla istifadə etmək qulaqda bir çox ciddi problemlərə səbəb olur: “Telefonlarda film izləyən zaman musiqi dinlərkən qulaqcıqlardan istifadə edilirsə, bu bir çox qulaq xəstəliklərinə səbəb ola bilər. Bunun qulağa iki cür zərəri var. Bunlardan biri, çöl qulaq yolu ineksiyalarıdır. Özəlliklə, uzun müddət qulaqcıqlardan istifadə edənlərdə bu xəstəlik yarana bilər. Bu qulaqcıqların steril olmamağı və ya çöl qulaq yolunda zədə əmələ gətirməsi səbəbilə meydana çıxır. İkincisi isə, bu cihazlardan çıxan radiasiyanın və səs dalğalarının iç qulağa verdiyi ciddi zərərlərdir. Çünki, iç qulaq çox həssas orqandır. Qulağın bu hissəsində eşitməyimizi və müvazinətimizi qorumağa kömək edən hüceyrələr var. Həmin hüceyrələr bu kimi təsirlərə qarşı son dərəcə həssasdırlar. Bu hüceyrələrin yox olması nəticəsində həm eşitmədə azalma, həm də müvazinətimiz korlana bilər.“

Professor cib telefonunun yaydığı radiasiyanın səbəb olduğu digər xəstəliklərdən də bəhs edib. O vurğulayıb ki, telefon və ya tabletləri baş və boyun bölgəsindən çalışdıqca uzaq tutaq lazımdır: “Bu cihazların elektrik ritminin çox sıx olduğuna görə onu ürək, beyin, qulaq və göz kimi orqanlarımızdan uzaq tutmaq lazımdır. Bundan başqa, cib telefonlarının yataq otaqlarının xaricində şarj edilməsinə də diqqət edilməlidir.
Uşaqların yetişkinlərə nisbətdə cib telefonunun zərərlərindən daha çox təsirləndiyini deyən M.Gerek, “12 yaşından kiçik uşaqların cib telefonu, tablet kimi cihazlardan istifadə etməyi çox zərərlidir. Çünki, bu yaşda olan uşaqlar cib telefonunu əllərinə aldıqları zaman ətraf-aləmlə olan əlaqələrini kəsir, sadəcə telefondan asılı vəziyyətə gəlirlər. Bundan başqa, qeyd etdiyimiz cihazların yaydığı radiasiya onların beyinlərinə olduqca mənfi təsir göstərir və bu da onların inkişafdan qalması ilə nəticələnə bilər”, – deyə yekunda bildirib.
