“Moderna” “Pfizer” və “BioNTech”i məhkəməyə verirbackend

“Moderna” “Pfizer” və “BioNTech”i məhkəməyə verir

“Moderna” əczaçılıq şirkəti “Pfizer” və “BioNTech” şirkətlərini məhkəməyə verir.

KONKRET.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib. Bildirilir ki, “Moderna” ABŞ-ın Massaçusets Rayon Məhkəməsinə və Almaniyanın Düsseldorf Məhkəməsinə “Pfizer” və “BioNTech”ə qarşı patent pozuntusu iddiaları ilə müraciət edib. Bildirilir ki, sözügedən şirkətlər koronavirus peyvəndi yaratmaq üçün patentlə qorunan texnologiyalardan istifadə ediblər.

İddiaya əsasən, “Moderna”, “Pfizer” və “BioNTech” tərəfindən hazırlanmış koronavirus əleyhinə “Comirnaty” peyvəndi 2010-2016-cı illər arasında Moderna tərəfindən mRNA texnologiyası ilə bağlı alınmış patentləri pozur. Əczaçılıq şirkəti iddia edir ki, rəqibləri texnologiyanı icazəsiz kopyalayıblar.

Hesabatda qeyd edilir ki, şirkət rəqiblərdən özəl texnologiyaların istifadəsinə görə kompensasiya ödəyəcəklərini gözləyir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*