Moldovada parlament seçkiləri bu tarixdə keçiriləcəkbackend

Moldovada parlament seçkiləri bu tarixdə keçiriləcək

Moldova parlamenti ölkədə parlament seçkilərinin sentyabrın 28-də keçirilməsi barədə qərar qəbul edib.

KONKRET.az xəbər verir ki, Hakim Fəaliyyət və Həmrəylik Partiyasının (AKP) təşəbbüsü ilə toplanan parlamentdə seçkilərinin vaxtının müəyyənləşdirilməsi üçün səsvermə keçirilib.

Parlamentin iclasında 57 deputat sentyabrın 28-də keçiriləcək seçkilərə “hə” deyib.

Seçkilərin iyulda keçirilməsini tələb edən Moldova Sosialist Partiyası və Kommunist Partiyasından olan deputatlar səsvermədə iştirak etməyiblər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*