“Biz Moldovanın Aİ-nin anti-Rusiya sanksiyalarına qoşulmasını ölkə rəhbərliyinin növbəti düşmən addımı kimi qiymətləndiririk”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açlqlama verib.
O bildirib ki, Kişinyovun məqsədi onsuz da çox acınacaqlı vəziyyətdə olan Rusiya-Moldova münasibətlərini tamamilə məhv etməkdir.
“Moldova rəhbərliyinin bu cür dağıdıcı sityasəti Rusiyaya qarşı hədsiz dərəcədə mehriban və çoxşaxəli ikitərəfli əməkdaşlığı saxlamaqda və inkişaf etdirməkdə maraqlı olan ölkə sakinlərinin maraqlarına demək olar ki, cavab vermir. Moldova tərəfinin qərarı cavabsız qalmayacaq. Görülən tədbirlər barədə əlavə məlumat veriləcək”, – deyə Mariya Zaxarova əlavə edib.
Burhan,
KONKRET.az
