Monqolustanda doqquz mərtəbəli Çingiz xan Muzeyi tikilirbackend

Monqolustanda doqquz mərtəbəli Çingiz xan Muzeyi tikilir

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

2019-cu ildə Monqolustan Nazirlər Kabineti tarixin ən böyük imperatorluğu ilə tanınan Çingiz xan üçün muzey yaratmaq qərarına gəlib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, muzey Dövlət Sarayının şimal-qərbindəki Ulanqanın mərkəzində yerləşən Təbiət Tarixi Muzeyinin yerində inşa ediləcək.

15 sərgi salonundan ibarət olacaq doqquz mərtəbəli muzey 20.500 kvadrat metr sahəni əhatə edəcək. 9,6 milyon dollarlıq tikinti dəyərinin 90 faizdən çoxu 2020-ci ilin dövlət büdcəsindən maliyyələşdirilməlidir. Muzeyin 2021-ci ildə açılması planlaşdırılır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*