Rusiya İngiltərənin müharibəyə cəlb olunacağı təqdirdə hədəfə alacağı əraziləri bir-bir qeyd edib.
KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, “Newsweek”də çıxan informasiyaya görə, rusiyalı jurnalist İqor Korotçenko canlı yayımda baş verə biləcək müharibədə Britaniyanın vurulacaq hədəflərini açıqlayıb.
Rus jurnalist qeyd edib ki, belə bir ssenaridə Rusiya hipersəs raketləri ilə bir çox hökumət binalarına ev sahibliyi etdiyi üçün İngiltərə hökumətinin qərargahı kimi tanınan “Whitehall” və Britaniya ordusunun qərargahını hədəfə ala bilər.
Qeyd edək ki, jurnalistlər belə bir hücum olacağı təqdirdə hədəf alınan şəhərlərdə sağ qalanların olmayacağını da vurğulayıblar.
