“Moskva BMT-nin Qarabağdakı fəaliyyətlərə qoşulmasını gözləyir” – Rusiya XİN başçısıbackend

“Moskva BMT-nin Qarabağdakı fəaliyyətlərə qoşulmasını gözləyir” - Rusiya XİN başçısı

“Moskva ümid edir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin ardından BMT-nin qurumları da humanitar problemlərin həllinə qoşulacaq”.

KONKRET.az xəbər verir ki,  bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov jurnalistlər qarşısında çıxış edərkən söyləyib.

“Mən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsini, Humanitar İşləri Koordinasiya Bürosunu nəzərdə tuturam. Dağlıq Qarabağda mədəni irsin qorunması məsələsi mövcuddur. Burada UNESCO öz rolunu oynaya bilər”, – deyə S.Lavrov qeyd edib.

Rusiyalı diplomat bildirib ki, BQXK uzun müddətdir bölgədə mövcuddur və onun təcrübəsi digər təşkilatlar üçün də faydalı ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*