Moskva hava limanlarında 27 reys gecikib, yeddisi isə ləğv edilib. Paytaxtın hava məkanında məhdudiyyətlərin tətbiqi ilə bağlı heç bir məlumat verilməyib.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, saat 8:19-a olan məlumata görə, Vnukovoya doqquz reys gecikib, üç reys isə ləğv edilib.
Domodedovoya 12 reys gecikib, dördü isə ləğv edilib. Şeremetyevoda 6 reys gecikib.
Təyyarələrin hava limanlarına getməsinə və gəlməsinə müvəqqəti məhdudiyyətlər adətən dron hücumu təhlükəsi olduqda tətbiq edilir. Müdafiə Nazirliyi bildirib ki, bu gün, oktyabrın 14-də hava hücumundan müdafiə sistemi Krasnodar diyarı üzərində iki PUA-nı vurub. Bu səbəbdən Soçi hava limanında uçuşlar məhdudlaşdırılıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
