Moskvanın qərbində yoldan keçən şəxs travmatik tapançadan polis işçilərinə atəş açıb.
KONKRET.az RİA “Novosti”yə istinadən xəbər veriri ki, bu barədə məlumatı Rusiya polisi yayıb.
“Bu gün Lenin prospekti, 156 ünvanı yaxınlığında yol polisi əməkdaşları yol qaydalarını pozduğuna görə taksi sürücüsünü saxlayıb. Yoldan keçən bir vətəndaş polis əməkdaşlarına, ilkin ehtimala görə, travmatik silahdan atəş açıb, nəticədə iki polis yaralanıb”, – polisin məlumatında deyilir.
Qeyd olunur ki, polislər təcavüz edəni zərərsizləşdirmək üçün “Polis haqqında” Federal Qanuna əsasən, odlu silahdan istifadə edib.
APA
