Moskvaya dron hücumundan bir neçə dəqiqə sonra Müdafiə Nazirliyinin binasını lentə alan 41 yaşlı Rusiya vətəndaşı saxlanılıb.
KONKRET.az Rusiya Telegram kanallarına istinadən xəbər verir ki, dron hücumundan dərhal sonra polislər şübhəli şəxsi müəyyən edərək həbs ediblər. Şübhəli şəxs bildirib ki, guya o, nazirliyin binası yaxınlığında PUA-nın necə düşdüyünü eşidib və ora tələsib. Təhlükəsizlik qüvvələri məlumatı yoxlasa da, PUA-nın qalıqları tapılmayıb. Hazırda istintaq başlanıb və həmin şəxsin casus olduğu ehtimal olunur.
Bundan əvvəl məlum olub ki, Moskvanın Zelenoqrad rayonunun qəbiristanlığına helikopter tipli pilotsuz uçuş aparatı düşüb.
Natiq Səlim,
KONKRET.az
