Moskvada məhkəmə 28 yaşlı sahibkarı həbs edib.
KONKRET.az xəbər verir ki, buna səbəb onun sosial şəbəkələrdə terror aktlarına çağırış etməsidir.
İstintaqın məlumatına görə, sahibkar Sergey Baltruşeviç VKontakte-də xəbərlər qrupunda öz hesabından paylaşım edib. O, insanları terror aktı törətməyə səsləyib.
Sergey Baltruşeviç Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsi ilə həbs edilib. O, iyulun 22-dək istintaq təcridxanasında qalacaq.
Burhan,
KONKRET.az
