Uzun müddət təşkilata sədrlik edən Ağadadaş Kərimov postundan istefa verib
Moskvanın Azərbaycan diasporuna yeni sədr seçilib.
KONKRET.az-ın APA-ya istinadla məlumatına görə, Moskva Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin sədri vəzifəsinə iş adamı, xeyriyyəçi Bəxtiyar Həsənov seçilib.
Məlumata görə, uzun müddət Moskva Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin sədri olmuş Ağadadaş Kərimov ötən ay öz istəyi ilə tutduğu vəzifədən istefa verib. İyunun 10-da Muxtariyyətin hesabat seçki konfransı keçirilib. Muxtariyyətin Şura üzvləri və nümayəndələri tərəfindən yekdilliklə diaspor təşkilatına Bəxtiyar Həsənov sədr seçilib.
İyulun 1-də isə Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən Moskva Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin hesabat seçki konfransının nəticələri tanınıb və təşkilat rəsmi qeydiyyata alınıb.
