“Mossad”ın kəşfiyyat xidmətinin sabiq direktoruna təhdid ittihamıbackend

“Mossad”ın kəşfiyyat xidmətinin sabiq direktoruna təhdid ittihamı

“Mossad”ın kəşfiyyat xidmətinin sabiq direktoru Yossi Koen Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Fatu Bensuda qarşı gizli sövdələşmədə iştirak edib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Nəşr iddia edir ki, Koen Fələstindəki müharibə cinayətlərinin araşdırılmasını dayandırması üçün prokurora təzyiq göstərməyə çalışıb. “Mossad”ın keçmiş rəhbəri prokurorun rəsmi təhqiqatı başlatmasından öncə bir sıra gizli görüşlərdə iştirak edərək, onun ünvanına təhdidlər səsləndirib.

“Sən bizə kömək etməlisən və sənə qayğı göstərməyimizə imkan verməlisən. Siz təhlükəsizliyinizə və ya ailənizin təhlükəsizliyinə xələl gətirə biləcək işlərə qarışmaq istəməzsiniz”, – deyə mənbə Koenin sözlərini prokurora çatdırıb.

“Mossad”ın məqsədi prokuroru gözdən salmaq və ya onu İsrailin tələblərinə itaət edəcək adam kimi işə cəlb etmək idi.

Məqalədə deyilir ki, kəşfiyyat Bensudanın ailə üzvlərinə də böyük maraq göstərib. “Mossad” onun ərinin gizli səsyazmalarının stenoqramlarını əldə edib və bundan sonra İsrail rəsmiləri prokuroru gözdən salmaq üçün bu materialdan istifadə etməyə çalışıblar.

Xatırladaq ki, BCM-in baş prokuroru Kərim Xan İsrailin baş naziri Benyamin Netanyahu və ölkənin müdafiə naziri Yoav Qalanta qarşı hərbi cinayət ittihamlarını təsdiqləyib. Prokuror həmçinin vurğulayıb ki, “HƏMAS”ın hərbi qanadının komandiri Məhəmməd Əd-Deyf və təşkilatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə hərbi cinayətlərdə ittiham olunurlar.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*