2023/2024 mövsümündə “Barselona”ilə “Real” arasında keçiriləcək ilk rəsmi matçın vaxtı məlum olub.
KONKRET.az Qol.az-a istinadən xəbər verir ki, ilk “El-Klassiko” oktyabrın 28-də Barselonada olacaq.
La Liqa çərçivəsində oynanılacaq matçın startı Bakı vaxtı ilə saat 19:15-ə təyin edilib.
Xatırladaq ki, “Barselona” “El-Klassiko”larda qələbə sayına görə “Real”ı qabaqlayır. Kataloniya klubu 102, Madrid təmsilçisi isə 101 dəfə qalib gəlib.