Seçkilərin nəticələrinə görə, hazırki Belorus prezidenti Aleksandr Lukaşenkonun seçkilərdəki əsas rəqibi Svetlana Tixanovskaya 9,9% səs toplayıb.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyası açıqlayıb.
İlkin nəticələrə görə, müxalifət nümayəndəsinin lehinə 574 312 nəfər səs verib.
Xatırladaq ki, ötən gün Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub.
Seçkilərin nəticələrinə əsasən ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə bir neçə nəfərin yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib.
