“Mübarizəmizi davam etdirəcəyik” – Şahramanyandan SƏRSƏM AÇIQLAMAbackend

“Mübarizəmizi davam etdirəcəyik” - Şahramanyandan SƏRSƏM AÇIQLAMA

Özünü buraxmış qondarma rejimin keçmiş “rəhbər”i Samvel Şahramanyan Qarabağdan Ermənistana köçdükdən sonra dünən axşam saatlarında tanınmayan “DQR”in Ermənistandakı nümayəndəliyində geniş məsləhətləşmələr keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.

Qəzet bildirib ki, məsləhətləşmənin gündəliyində separatçı rejim “rəhbər”i tərəfindən bir sıra mühüm mövzular müzakirə edilib. Xankəndidə olarkən quzuya dönən, öz nümayəndələrini Yevlaxa azərbaycanlılarla görüşə göndərən separatçı lider İrəvanda “kükrəyib”. O, qondarma respublika uğrunda mübarizəni davam etdirəcəklərini deyib:

“Samvel Şahramanyan “Artsax”ın və ümumiyyətlə, siyasi elitanın qarşısında duran prioritet məsələləri təqdim edib. Bu, ilk növbədə, Bakıdakı “Artsax” “liderlər”inin qaytarılması istiqamətində atılacaq addımlardır. “Prezident” bu məqsəd üçün istənilən platformadan və vasitədən istifadə etməyi tapşırıb”.

KİV yazır ki, məsləhətləşmələrin ikinci hissəsi isə Qarabağdan Ermənistana köçən yerli ermənilərin sosial problemlərinin həlli və onların işlə təmin olunması məsələsi olub.Yenisabah.az

  • Tapdıq
    Oktyabr 6, 2023 - 15:24

    Azərbaycan ərazisində heç ikiinci ermeni dövleti yaradıla bilmez

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*