Müdafiə nazirindən Netanyahuya DEMARŞ: İclası tərk etdibackend

Müdafiə nazirindən Netanyahuya DEMARŞ: İclası tərk etdi

İsrailin müdafiə naziri Yoav Qalant Təl-Əvivdəki Kirya hərbi bazasında keçirilən hərbi kabinetin iclasını tərk edib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Qalant Netanyahunun köməkçilərinin iştirak etməsinə baxmayaraq, öz köməkçilərinin iclasa buraxılmamasına etiraz edib.

Müdafiə naziri Netanyahuya və Milli Təhlükəsizlik müşaviri Tzahi Haneqbiyə iclası tərk etməzdən əvvəl “işimə müdaxilə etməyi dayandırın” – söyləyib.

Qeyd olunur ki, daha sonra Qalant geri qayıdıb və yalnız iclasın hərbi kabinet üzvlərinin qatıldığı qapalı hissəsində iştirak edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*