Müharibəni danışıqlarla dayandırmaq mümkündür – AÇIQLAMAbackend

Müharibəni danışıqlarla dayandırmaq mümkündür – AÇIQLAMA 

Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinin Finlandiyalı həmkarı Sauli Niinistöyə Putin Moskva və Kiyev arasında danışıqların faktiki olaraq dayandırıldığını bildirib. Rusiya Prezidentinin sözlərinə görə, Kiyev ciddi və konstruktiv dialoqa maraq göstərmir.

Danışıqlar yenidən bərpa edilə bilərmi? Bu olmazsa, müharibənin gedişatı necə olacaq?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, iindiki məqamda danışıqların bərpası mühümdür:

“Rusiya və Ukrayna arasında danışıqlar müharibənin ilk həftələrində Türkiyənin təşəbbüsü ilə baş tutdu. Lakin təəssüf ki, Moskva və Kiyev arasında üzərində işlənilən məsələlərlə bağlı ortaq məxrəc tapılmadı. Nəticə etibarilə bu danışıqların faktiki olaraq dayandırılmasına gətirib çıxardı. Lakin müharibə dövründə və aktiv hərbi əməliyyatların getdiyi bir vaxtda danışıqların davam etməsi çox vacibdir”.

Politoloqun fikrincə, müharibəni danışıqlarla dayandırmaq mümkündür:

“Lakin təəssüf ki, bu müharibə danışıqlarla dayanmaq üçün başlamayıb. Hərbi əməliyyatların başlamasında məqsəd başqadır. Bu müharibədə Rusiyanın da, ABŞ-ın da öz hədəfləri var. Bu hədəflərə çatmayana qədər tərəflərin ortaq məxrəcə gələcəyini ehtimal etmirəm”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*