“Müzakirə olunan müqavilə dərc edilsin, sülhə ehtiyac olub-olmamasına xalq verəcək”.
KONKRET.az xəbər verir ki, bunu “Hayrenik” partiyasının lideri Artur Vanetsyan Qarabağda erməni separatizminin 35-ci ildönümünə həsr olunmuş konfransda çıxışında deyib.
“O zaman xalq birləşdi, ona görə də yaxşı nəticə əldə etdiki. 90-cı illərdə demək olar ki, heç nə yox idi, amma birlik var idi. Nəyə nail olduqsa, bunun sayəsində oldu. O vaxt qələbəyə inam var idi, liderə inam var idi. Amma bu gün yoxdur. Reallıq da çox acınacaqlıdır.
Biz bu gün elə bir məqama çatmışıq ki, Qarabağ heç vaxt bu qədər təhdidlə üzləşməyib.
Müzakirə olunan sənədi dərc etsinlər, onun lazım olub-olmamasına xalq bilsin. Sülh müqaviləsini niyə dərc etmirlər? Ona ehtiyac olub-olmadığına xalq qərar versin. Qarabağ xalqı üçün bu razılaşma ilə təminat var, ya yox, bilək”, – deyə Vanetsyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
