Müqtəda əs-Sədr aclıq aksiyasına başladıbackend

Müqtəda əs-Sədr aclıq aksiyasına başladı

İraqın nüfuzlu şiə imamı Müqtəda əs-Sədr ölkədəki etirazlara görə aclıq aksiyasına başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə İraq İnformasiya Agentliyi (INA) məlumat yayıb.

“Müqtəda əs-Sədr aclıq aksiyasına başladığını elan edib. O, zorakılıq və silahdan istifadə dayandırılana qədər bu aksiyanı davam etdirmək niyyətindədir”, – parlament blokunun rəhbəri Həsən əl-Adari deyib.

Xatırladaq ki, bazar ertəsi səhər saatlarında Müqtəda əs-Sədr İraq siyasətindən getdiyini elan edib. Bundan sonra yüzlərlə insan iraqlı siyasətçilərin xarici həmkarları ilə əsas görüş yeri olan Respublika Sarayına soxulub.

İraq hakimiyyəti bütün ölkədə komendant saatı elan edib.

Məlumata görə, bazar ertəsi Bağdadda etirazlar zamanı azı 10 nəfər ölüb, 200 nəfər yaralanıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*