Murad Allahverdiyev Ermənistan boksçusuna qalib gəldibackend

Murad Allahverdiyev Ermənistan boksçusuna qalib gəldi

Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən III Avropa Oyunlarının 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hambardzum Hakobyana qalib gəlib.

KONKRET.az xəbər verir ki, 21 yaşlı idmançı yarımfinala yüksəlməklə, ən azı bürünc medalı təmin edib.

M.Allahverdiyev hər 3 raundu xeyrinə bitirərək, 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

O, yarımfinal döyüşünə iyunun 30-da çıxacaq. Azərbaycan boksçusunun final yolundakı rəqibi xorvatiyalı Qabriel Veoçiç olacaq.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*