“Murov Qartalı” Raquf Orucovun dəfnində Müdafiə Nazirliyinin rəsmiləri niyə İŞTİRAK ETMƏYİB?backend

"Murov Qartalı" Raquf Orucovun dəfnində Müdafiə Nazirliyinin rəsmiləri niyə İŞTİRAK ETMƏYİB?

Qarabağ müharibəsinin qazisi, 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Briqada komandiri Raquf Orucovun dəfn mərasimində Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmiləri hansı səbəbdən iştirak etmədi?

KONKRET.az xəbər verir ki, bu barədə NOCOMMENT.az-a şəhidin həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova müsahibəsində bildirib.

“Raqufun dəfn mərasimində Müdafiə Nazirliyinin bir nəfər belə olsun rəsmisi iştirak etmədi. Hansı ki, Raquf Orucov aprel döyüşlərində şəhid olmuş yeganə hərbi hissə komandiri idi. Lakin, xalq Raqufu sevgi və böyük izdiham ilə dəfn etdi. Bu gün də insanların, Azərbaycan xalqının sevgisi bizə böyük dəstəkdir və ədalət mütləq yerini tapacaqdır”, deyə şəhidin həyat yoldaşı bildirib.

Qeyd edək ki, Raquf Orucov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla müharibədə şəhid verdiyi yeganə briqada komandiridir. Raquf Orucov briqada komandiri ola-ola ermənilərin içərisinə tək kəşfiyyata gedib qayıdan bir hərbiçi olub.

Xatırladaq ki, Raquf Orucov 5 Azərbaycan əsgərini əsirlikdən xilas edən, Heydər Əliyevin də izlədiyi ermənilərin qərargahının toplantısını çəkib gətirən, əsgərlərindən, döyüş yoldaşlarından ona yazılmış yüzlərlə məktubu qəbrinin üzərinə qoyulduğu yeganə komandirdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*