Azərbaycan millisinin üzvü Musa Qurbanlı İsveçin “Yurqorden” klubunda debüt edib.
KONKRET.az xəbər verir ki, gənc forvard ölkə çempionatının 16-cı turunda “Elfsborq”a qarşı oyununda meydana çıxıb. O, 58-ci dəqiqədə Coel Asoronu əvəzləyib.
Qeyd edək ki, hazırda davam edən matçda “Yurqorden” 0:3 hesabı ilə məğlub durumdadır.
